"Təkcə toy deyil ki, biznesləri də var" - Elvin+fotosessiya

"Təkcə toy deyil ki, biznesləri də var" - Elvin+fotosessiya
MAQAZİN
19:39 23.06.2017
987
 "Yayın gəlişi ilə əlaqədar isti ab-havalı fotolar istədim. Buna görə də yenə mənim sevimli fotoqrafım Elgün Zamanın obyektivi qarşısına keçdim. Yayda yaradıcılığımla bağlı bir çox yeniliklər planlaşdırıram. Bəziləri maddiyata görə uzanır. Yeni mahnı və klip gözlənilir. "O gün” mahnıma klip olacaq”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi yeni fotosessiyasını sevənlərinin ixtiyarına verib.
 
E.Abdullayev şou-biznesdəki durğunluqdan söz açıb:
 
"İki ildir ki, şou-biznesdə durğunluqdur. Gözləyirik ki, bunun aqibəti necə olacaq. Çoxları toyun olmaması ilə əlaqələndirir. Amma sənətçi tək toydan qazanmır ki... Hərənin öz biznesi var. Toylar yoxdur deyib, mahnı yazdırmayaq, klip çəkdirməyək? Onda şou-biznes gərək batsın. Buna imkan verməmək üçün hamı işləməlidir. Düzdür, razıyam ki, buna maddiyat səbəb olub. Gəlir az olanda, çalışmaq həvəsi də azalır. Səbr edək, düzələcək. Şou- biznesimiz bir mafiyadır. Burada ad qazanmaq, gündəmdə qalmaq üçün çalışmaq lazımdır".
 
E.Abdullayev sosial şəbəkədə yazılan aqresiv şərhlərdən danışıb. O bildirib ki, həmkarlarının onlara cavab verməsinə yaxşı baxmır:
 
"Özümdə yox, başqalarında belə şərhləri çox görürəm. Yazılan hər şeyə cavab verməyi sevmirəm. Müğənni birdir, izləyici isə çox. Hamıya cavab vermək müğənniyə yaraşan deyil. Niyə izləyici bilməlidir ki, İnstaqramda oturan müğənninin özüdür? Həmin şərhləri yazanlar şəxsiyyətə toxunmaqla, ailəni vurmaqla səhv edirlər. Hamımız eyni cəmiyyətin üzvüyük. Bir-birimizi başa düşməliyik. Sənətçi də sizin kimi insandır. Elə müğənni tanıyıram ki, bütün günü oturub yazılanlara cavab verir. Amma bir məsələ də var... İnstaqramda elə şeylər yerləşdirməliyik ki, insanlara qıcıq verməsin. Mən Ramazan ayında durub kabab şəkli yaysam, əlbəttə tənqid olunacam. Ona görə də, paylaşımlarımızda da düşünməliyik".
 
İfaçı bu yay istirahət üçün Bodruma yollanacağını bildirib:
 
"Yay istirahəti üçün mənim üçün ən gözəl bölgələrimizdən biri olan qaxa gedəcəm. İyulun sonunda isə xanımımla birlikdə Bodruma yollanacağam".
 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik