‘Təki ölkəmizin inkişafı başqalarının gözünə bıçaq kimi batsın’ - Aybəniz Haşımova

‘Təki ölkəmizin inkişafı başqalarının gözünə bıçaq kimi batsın’ -  Aybəniz Haşımova
MAQAZİN
13:37 10.10.2013
1709

“Gələcək uğurlarımız əziz prezidentimiz İlham Əliyevlədir”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımova öz şəxsi “facebook” səhifəsində ötən gün keçirilən prezident seçkilərinə münasibət bildirərkən söyləyib. Əməkdar artist prezident İlham Əliyevin bundan sonra da Azərbaycanın inkişafı üçün işlər görəcəyinə əmin olduğunu yazıb:

“9-oktyabr səhər saatlarında, Akademik Milli Dram Teatrının binasında Yasamal rayonunun 18- nömrəli seçki dairəsində övladlarımla bərabər, böyük fərəh hissi ilə səs verməyə getdik. Doğrudur səs vermə məxfi qalmalıdır. Amma, düşünürəm ki bütün həqiqətlər göz önünüdədir. Azərbaycan bu son 10 ildə bütün xarici ölkələrə xüsusi ilə də ölkəmizin uğuruna sevinməyən bəzi xarici ölkələrə göz dağı oldu. Təki elə, ölkəmiz yalnız inkişafı naminə başqalarının gözünə bıçağ kimi batsın. Bunun üçün də, biz hamımız yalnız inkişafa xidmət etməliyik. Əgər xidmət edə bilmiriksə, heç olmasa xidmət edənlərə mane olmamalıyıq. Ulu öndərimizin layiqli davamçısı, şəxsiyyətinə, savadına böyük hörmətim olan, dəyərli vətən oğlu İlham Əliyev bu istiqamətdə hər kəsə sübut etdi ki, Azərbaycan inanılmaz dərəcədə inkişaf etdi və uğurlu gələcəyə imza atdı. Gələcək uğurlarımız əziz prezidentimiz İlham Əliyevlədir. Mən buna tam inanıram və bu münasibətlə bir daha ölkəmizi təbrik edirəm!”.

Xatırladaq ki, dünən keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 84,59 faizlə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.

OXŞAR XƏBƏRLƏR