Teleaparıcı Azərin villasında oğurluq edənlər tutuldu - VİDEO

Teleaparıcı Azərin villasında oğurluq edənlər tutuldu - VİDEO
SOSİAL
12:36 09.03.2020
4414
Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villasında oğurluq edənlər tutulub. 

AZXEBER.COM xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib. 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR