BBC Şimal kanalının müxbiri studiyada yaranan texniki nazaslıq üzündən bir anda ekrandan itib
Teleaparıcı canlı yayımda xəbərləri oxuyarkən bir anda ekrandan yoxa çıxıb.
ANS PRESS-in məlumatına görə, BBC-nin İngiltərənin şimalından xəbər verən müxbiri studiyada yaranan texniki nazaslıq üzündən canlı yayım zamanı bir anda ekrandan itib.
Karolina Biltonun xəbərləri təqdim etdiyi zaman başına gələn bu bəxtsizliyin görüntüləri internetdə paylaşılıb. Bazar ertəsi baş verən hadisənin video görüntüləri artıq yarım milyondan çox internet istifadəçisi izləyib.