Teleaparıcı: 'Mənim Hürrəmim silikonsuz Hürrəm olmalıdır' - FOTOLAR

Teleaparıcı:
MAQAZİN
22:58 02.12.2013
2261

Space TV-də yayımlanan "Şou+" verilişinin aparıcısı Tural Ozanın Showlife.Az-a müsahibəsi- Tural, Space TV-nin reytinqli verilişlərindən olan Şou+ aparıcısan. Müğənnilərlə işləmək necədir? Onların kaprizlərinə necə dözürsən?-Kapriz səhnədə və ya həyatda tamaşaçılara və fanatlara qarşı olan bir şeydir. Mediaya kaprizli olan müğənni uğurlu kariyeraya malik olmur. Axı onları ulduz edən bizlərik.

- Space-dən söz düşmüşkən... Son zamanlarda kanal daha çox gündəmdədir.Ümumiyyətlə, bu məsələlər haqda nə düşünürsən, əslində nə baş verir "Space TV"-də?

-Bilirsiz ki, mən SOY prodakşnın layihələrində çalışmışam və hal hazırda aparıcılıq etdiyim veriliş də SOY-un layihəsidir.Space-yə gəlincə isə deyə biləərm ki, Space özünəməxsus fərqliliyi olan sevimli kanaldır. Hal-hazırda yeni layihələr və yeni nəfəs var kanalda. Burada olmağımnan çox məmnunam.

- Ətrafında bu qədər müğənni var və onların çox əməlinə bələdsən. Hansı müğənniləri ifşa etmək ürəyindən keçib?

-Mən çalışıram həqiqəti tamaşaçıya göstərim və çox keçmir ki, həmin müğənnilər tamaşaçılar tərəfindən ifşa olunur. İndi bir çoxları maska taxıb, məsələ orasındadır ki, əvvəllər ifşa olunmaq istəməzdi heç kim, indi isə ifşa olunmaq arzusunda olanlar var. Bu antireklam deyil, reklamın ən dəbli növüdür hal-hazırda.-Tural, ad çəkə bilərsən?

-Bilirsiz indi desəm ki , ad çəkmək istəmirəm bu lap indiki qalmaqallardakı ssenariyə oxşayar.Yox əgər kimlərinsə adını çəksəm sabah onları ifşa edə bilməyəcəm, axı mən də maskalanmışam (gülür)

-İndiyə kimi kimi ifşa etmisən?Məncə bunda ad çəkmək problemin olmaz

-Əgər siz indiyə kimi mənim iştirakımnan olan verlişlərə baxsanız, şou biznesin demək olar ki, əksəriyyəti ifşa olunub. Kateqoriyasından və titulundan asılı olmayaraq.Bilirsiz, şou biznesin əksəriyyəti mənim dostumdur amma veriliş ərzində mən bu dostluğu kənara qoyuram.Çunki mənim daha sadiq və sayı minlərlə olan dostlarım var, tamaşaçılar.

- Nədənsə konkret ad çəkməkdən çəkinirsən...

Çəkinmirəm, çünki müsahibədən əvvəl kiməsə zəng eliyib sənin adını çəkəcəyəm, nə olar məni bağışla kimi şeylər demək mənə yaraşmaz. Mən ifşamı birbaşa efirdən edirəm, qorxmadan. Amma bu şəxsi müsahibədir, kiminsə adın çəksəm qərəzli olmuş olaram .

- Aydındı. Müsahibələrinin birində demisən ki, şou biznesin Sultan Süleymanısan. Heç olmasa şou biznesdəki Hürrəmlərinin adını çək..

- Hə, mən bir dəfə belə imicdə oldum. Bir ay saqqal saxladım və jurnalist sual verəndəki, "olmaya Sultan Suleymansan", dedim "niyə də yox, şou -biznesin qanuni Sultanı elə özüməm".Qaldı ki, hürrəmlərə. Bizim şou biznesdə özünə Hürrəm deyən çoxdu. Ama mənim hürrəmim silikonsuz hürrəm olmalıdır.

- Tural, şou biznesdəkilərdən kimiynənsə eşq yaşamısan?

- Yox, şou biznesdən kiminləsə eşq yaşamamışam. Şou və eşq bir olanda aləm qarışır. Bilirəm inanmayacaqsız, məndə elə olur ki,hərdən özümə inanmıram.

- Bəs müğənnilərdən kimsə səninlə yaxın olmağa can atıbmı?

- Hə, təəssüf ki, mənim kifayət qədər gözəl səsim olmuyub. Yoxsa maraqlı duetlərimiz ola bilərdi.

-Sən də təsdiqləyərsən ki, bizdə bir çox müğənni aparıcılara, uğurlu insanlara heç də klip çəkdirmək məqsədiylə yaxınlaşmır...-Hə, düzdür, kimsə çıxıb desə ki, bu klipi mənə hədiyyə ediblər inanmayın.Yəni, klipin kadrları heç də asan çəkilmir. Hələ "raskrutka"sını demirəm.

- Klipdə ən əsas isə gözəgörünməyən kadrlar olur.Tural son olaraq nə demək istərdin?Ümid edirəm ki, növbəti müsahibəmizdə daha səmimi olacaqsan...)

- İnşallah, növbəti müsahibədə sizə söz verirəm ki, hürrəmlərin adlarını deyəcəm. Səmimi olub-olmadığıma əmin olmaq istəyirsizsə, onda mənim kimi edin. Müsahibinizi yalan detektoruna qoşun...

OXŞAR XƏBƏRLƏR