"Mənim İdman və Gənclər nazirinə təklifim var. Vaxtı ilə Azərbaycanda tələbə inşaat dəstələri yaradılıb. Mən də bu qrupların tərkibində olmuşam. Ümumiyyətlə, belə qruplar ilk olaraq bizdə yaradılmışdı. İndi niyə yaradılmasın?”
AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Aqil Abbas deyib.
Deputat bildirib ki, tələbə inşaat dəstələri yaratmalıyıq: "Niyə bizim gənclər Qarabağ uğrunda gedib könüllü canından keçir, qazi ola bilir, amma gedib Qarabağda böyük bərpa-inşaat işlərində könüllü iştirak etmirlər? Bunu təşkil etmək lazımdır. Maaş da alarlar. Onsuz da Qarabağda böyük inşaat işləri həyata keçirilir. Tələbələr iki ay bekar gəzənə qədər Qarabağın qurulmasına fəal iştirak edə bilərlər. Bu 10 min işçi qüvvəsi deməkdir, az deyil. Hələ yay tətilinə zaman var. Belə qrupların yaradılmasının strukturu da var. Komsolmolun sənədləri yəqin ki, arxivlərdə qalır”.
Aqil Abbas hesab edir ki, nazirlik bu məsələyə diqqət ayırmalıdır.