Gəncə Dövlət Universitetinin tələbəsi Nüşabə Məmmədzadə vəfat edib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, 21 yaşlı gəncin ölümündə bəzi təfərrüatlar məlum olub.
Belə ki, 2004-cü il təvəllüdlü N.Məmmədova ölümündən iki gün əvvəl atasının məzarı yanında essensiya məhlulu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən N.Məmmədova orada dünyasını dəyişib.