Tələbələr Xocalı soyqırımı şahidləri ilə görüşüblər - FOTOLAR

Tələbələr Xocalı soyqırımı şahidləri ilə görüşüblər - FOTOLAR
SOSİAL
11:52 23.02.2022
330
"Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ali təhsil müəssisələrində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan silsilə tədbirlərə başlanılıb.

Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının unudulmaması, gələcək nəsillərə çatdırılması məqsədi daşıyan tədbirlər həyata keçirilmişdir.

Tədbirlər zamanı tələbələrə "Xocalıya Ədalət” Kampaniyasının fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan "Xocalıya Ədalət” Kampaniyasının dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı anım tədbirləri keçirilib, geniş təbliğat-təşviqat işləri aparılıb. Kampaniyanın fəaliyyəti nəticəsində 17 ölkənin qanunverici orqanı və ABŞ-ın 24 ştatı tərəfindən Xocalı faciəsinin rəsmi şəkildə soyqırımı kimi tanınması ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib.

Tədbirdə faciənin canlı şahidləri Valeh Hüseynov, İbrahim Həsənov Xocalı faciəsinin dəhşətləri ilə bağlı təəssüratlarını bölüşüb. Onlar gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulamış və bu fəaliyyətdə gənclərin öhdəsinə xüsusi vəzifə düşdüyünü qeyd etmişlər.

Sonda tələbələrin sualları cavablandırılıb, təklif və şərhləri dinlənilib.

Tədbirlər Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilir və həftə ərzində digər ali təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.

Xatırladaq ki, "Xocalıya Ədalət” Kampaniyasının əsas məqsədləri Xocalı soyqırımına beynəlxalq səviyyədə adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması, cinayətkarların cəzalandırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsindən ibarətdir.

Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə məlumatları, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti [email protected]  elektron poçt ünvanına göndərmək mümkündür.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər