Tələbələrə xoş xəbər! Təqaüdlər artırıldı

SİYASƏT
19:10 30.08.2013
9914

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:1.1. Doktorantura pilləsi üzrə:elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manatfəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat1.2. Ali təhsil müəssisələrində:adlı təqaüd alan tələbələrə – 120 manatmagistr pilləsi üzrə:əla qiymətlərlə oxuyan tələbələrə – 105 manatəla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 85 manatyaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 55 manatbakalavr pilləsi üzrə:əla qiymətlərlə oxuyan tələbələrə – 95 manatəla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 80 manatyaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 50 manat1.3. Orta ixtisas təhsili müəssisələrində:əla qiymətlərlə oxuyan tələbələrə – 50 manatəla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 40 manatyaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 35 manat1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.3. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.5. Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2013-cü il.

OXŞAR XƏBƏRLƏR