Türkiyənin Manisa şəhərində universitet tələbələrini daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Cəlal Bayar Universitetinin tələbələrini daşıyan mikroavtobus Manisa-Menemen yolunun 14-cü km-də yoldan çıxaraq aşıb. Qəza nəticəsində tələbələrdən biri hadisə yerindəcə dünyasını dəyişib. 1-i ağır olmaqla 16 tələbə isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.(TREND)