Tələbələri daşıyan qayıq batdı: 14 nəfər öldü

Tələbələri daşıyan qayıq batdı: 14 nəfər öldü
DÜNYA
12:06 19.01.2024
154
Hindistanda tələbə və müəllimləri daşıyan qayığın batması nəticəsində 14 nəfər ölüb.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Hindistanın qərbindəki Qucarat əyalətində tələbə və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində 14 nəfər ölüb.

Qayıqda 4 müəllim və 24 şagirdin olduğunu qeyd edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Hindistanın baş naziri Narendra Modi sosial media platformasında hadisə ilə bağlı paylaşım edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR