Tələbəsi Cabbar Musayevi məhkəməyə verdi

Tələbəsi Cabbar Musayevi məhkəməyə verdi
MAQAZİN
17:18 18.01.2022
1425

Tanınmış müğənni Cabbar Musayev xüsusi ittiham qaydası ilə məhkəməyə verilib.

AZXEBER.COM xəbər verir ki, Musayev Cabbar İntiqam oğlu Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunur.

Onu tələbəsi Əsədova Dəniz Elman qızı məhkəməyə veribb.

Məhkəmənin hazırlıq iclası yanvarın 24-də keçiriləcək. Müğənni ilə bağlı işə Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatında baxılacaq.

İttihama görə, Cabbar Musayev sosial şəbəkələrdə D.Əsədovaya böhtan atıb.

OXŞAR XƏBƏRLƏR