“Telefonda kiminlə danışırsan?..” - Azərbaycanda oğlan sevdiyi qızın başını kəsdi

“Telefonda kiminlə danışırsan?..” - Azərbaycanda oğlan sevdiyi qızın başını kəsdi
SOSİAL
21:25 04.09.2019
14574
Hacıqabul rayonunda xalası qızını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ayəddin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, o, sevgi münasibətində olduğu xalası qızı Rəvanə Məliklinin gizli olaraq başqa şəxslə telefonla danışıb, ona xəyanət etməsindən şübhələnib.

Bu səbəbdən Rəvanə ilə mübahisə edib, sonra xalası qızının xəyanət etməsini qətiləşdirib, onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Ayəddin İsmayılzadə 23 iyun 2018-ci il tarixdə, saat 23.50-də Rəvanənin müvəqqəti yaşadığı, nənəsi Nazilə Salayevaya məxsus olan Hacıqabul rayonun Muğan qəsəbəsində yerləşən evinə gəlib. O, evin yataq otağında Rəvanə ilə söhbət edərkən onu öldürmək niyyətini həyata keçirmək istəyib.

Qəflətən Rəvanənin boğazından tutaraq boğmağa başlayıb. Rəvanənin müqavimətini qırandan sonra özündə olan bıçaqla boğaz nahiyəsini kəsərək, onu qətlə yetirib.

Sevgilisini nənəsinin evində öldürən Ayəddin İsmayılzadə daha sonra evdən çıxıb və birbaşa Hacıqabul rayon polis şöbəsinə gəlib. O, törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Ayəddin İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayəddin İsmayılzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.


 
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, atası Məlikağa Məlikov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib.

O, apelyasiya şikayəti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin hökmü cəzanın yüngüllüyünə görə qanunsuzdur: "Törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik və ağırlıq dərəcəsi təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsini şərtləndirir. İşin hallarından göründüyü kimi, Ayəddin İsmayılzadə mərhum Rəvanə Məliklini ölməmiş vəziyyətdə başını kəsib. Bu cinayət əməli insanlığa sığmayan bir vəhşilikdir. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmayıb".

Ayəddin İsmayılzadə də hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. O, barəsində aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"