Telefonla tanış olduğu şəxs çılpaq şəkillərini çəkib... - Film kimi cinayət

Telefonla tanış olduğu şəxs çılpaq şəkillərini çəkib... - Film kimi cinayət
SOSİAL
13:02 12.06.2017
3941
Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqlarını, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Cavid İbrahimov, onun qardaşı Valid, Aqil Nüsrətli, Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən İsmayıl Umudov Türkiyədə yaşayır və o, hadisədən bir neçə gün əvvəl mobil telefon vasitəsilə dəstə üzvü C.İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə C.İbrahimov İ.Umudova sms göndərərək onu Bakıya Buzovna qəsəbəsinə görüşə dəvət edib. Qeyd edilən ünvanda görüşə gələn İ.Umudovu isə C.İbrahimovla bərabər qardaşı və adları çəkilən 4 dostu qarşılayıb.

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun "Opel” markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə onu bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI