Telefonlarda “Zəlzələ Xəbərdarlıq Sistemi”ni necə aktiv etmək olar?

MARAQLI
11:03 15.02.2023
1303
"Google” şirkəti Android smartfonların köməyilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmaq niyyətində olduğunu bildirib. Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

"Google” şirkətinin məlumatına görə, hər smartfon kiçik akselerometrlə təchiz edilib. O, yaxınlıqdakı zəlzələni təsdiqləyən siqnalları qeyd edəcək. 

Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyənləşdirmək məqsədilə, siqnallar müxtəlif smartfonlardan məlumat toplayan və emal edən xüsusi serverə göndəriləcək.

AZXEBER.COM xəbər verir ki, sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün telefonda məkan aktiv olmalıdır.
 
Telefonda Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır.

 "Samsung” telefonlarında:

1. Telefonda "Parametrlər”i açın və ekranı aşağıya doğru sürüşdürün.

2. Növbəti ekranda "Yer” xanasını seçin.

3. İndi "Məkan Xidmətləri” xanasını seçin.

4. Ekranı aşağıya doğru sürüşdürün.

5. Növbəti ekranda "Zəlzələ bildirişləri” düyməsini aktiv edin.

"Xiaomi” telefonlarında:

1. Telefonda "Ayarlar”ı açın və ekranı aşağıya doğru sürüşdürün.

2. Növbəti ekranda "Məkan” xanasını seçin.

3. İndi "Məkan Müraciəti” xanasını seçin.

4. Daha sonra "Məkan Xidmətləri” xanasını seçin.

5. Növbəti ekranda "Zəlzələ bildirişləri” düyməsini aktiv edin.

Ayşən

OXŞAR XƏBƏRLƏR