Texnobloger Fərid Pərdəşünas "Telegram”la bağlı xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, texnobloger, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas hazırda sözügedən platformada çox böyük və təhlükəli "spam” dalğasının başladığını deyib.
"Göndərilən linkə klik etdikdə bütün "Telegram” kontaktlarınıza sizin adınızdan mesaj gedir. Bəzi istifadəçilərin ümumiyyətlə hesabına giriş edilir. Linkə daxil olduqda prezidentin "web” səhifəsinə bənzər sayt açılır və 500 manat uşaq pulu almaq üçün şəxsi məlumatlar tələb edilir. Belə mesaj aldıqda, daxil olmadan təcili silin”, - deyə Pərdəşünas əlavə edib.
Bundan başqa, bu gün "Telegram”da daha bir təhlükəli mesaj insanlara göndərilib. Belə ki, mesajda saxta link hazırlayaraq, linklərə daxil olan vətəndaşlara prezident tərəfindən ödəniş veriləcəyi bildirilib.
Həmin fotoları təqdim edirik:
Ayşən












































