"Telegram"ın məşhur funksiyası "İnstagram"da

MARAQLI
15:43 17.02.2023
412
"Meta" şirkətinin rəhbəri Mark Zukerberq "İnstagram"da eynilə "Telegram"da olduğu kimi "Kanallar" adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib.

Yeni funskiya şəxsi mesajlar olan bölmədə - "Direct"də göstəriləcək.

Zukerberq bildirib ki, kanallarda müəlliflər mətn mesajları, şəkillər, sorğular və s. paylaşımlar dərc edə bilərlər.

Bununla belə, yalnız kanala qoşulmuş şəxslər yeni mesajlar barədə bildirişlər alacaqlar. İstifadəçilər istəyə görə kanalları tərk edə və ya bildiriş parametrlərini istədikləri kimi dəyişə bilərlər. Həmçinin abunəçilər üçün reaksiyalar mövcuddur.

Yeni funksiyanın yaxın vaxtlarda daha çox sosial şəbəkə istifadəçisi üçün əlçatan olacağı bildirilir.

Mark əlavə edib ki, yaxın aylarda funksiya "Messenger" və "Facebook"da da olacaq.

OXŞAR XƏBƏRLƏR