Ötən gecə Türkiyənin "Beyaz TV" telekanalının İstanbul ofisi naməlum şəxslərin hücumuna məruz qalıb. Beşiktaş rayonunda yerləşən telekanal binasına təxminən 35 nəfərlik bir qrupun daş və dəyənəklə hücum edib.Hücum nəticəsində telekanalın 1 təhlükəsizlik əməkdaşı xəsarət alıb. Hadisə yerinə çox sayda polis cəlb edilib.