Müğənni belə problemlərlə rastlaşmasının səbəbini özündə görür: “Bəlkə də yeganə müğənniyəm ki, həyatım boyu heç nədən istifadə etmədim. Bir adama ağız açmaram. Deyirlər, insan həyatını öz xarakterinə görə qurur. Alnıma yazılıb ki, əziyyət çəkməliyəm”.