Teleradio işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO

Teleradio işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO
MEDIA
23:28 04.11.2019
9427
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

AZXEBER.COM "Report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında reallaşan tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosunun tarixindən danışılıb, cəmiyyətimiz üçün əhəmiyyəti vurğulanıb. Bildirilib ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür: "Teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Teleradio eyni zamanda Azərbaycanın siyasi salnaməsini yaradır. Ümumilli lider Heydər Əliyev teleradio fəaliyyətinə böyük önəm verirdi. Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib və xüsusilə müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio kampaniyaları fəaliyyət göstərir. Bu gün Azərbaycan teleradio kampaniyaları müasir texnologiyalar və avadanlıqlarla təmin olunub və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Teleradio kampaniyaları bu gün Azərbaycanı, ölkənin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edir".

Ə.Həsənov qeyd edib ki, siyasətçilər üçün teleradio fəaliyyəti ictimai-siyasi salnaməni yaratmaqla məşğul olmaqdır: "Teleradio işçiləri Azərbaycan tarixinin, mədəniyyətinin salnaməsinin yaradıcısıdır. Bütün dövrlərdə teleradio fəaliyyətinə Azərbaycanın salnaməsini yaradan bir qurum kimi baxmışıq. Sosial şəbəkələrdə Azərbaycan əhalisi çox aktivdir. Azərbaycanda əhalinin 82 faizi aktiv sosial şəbəkə istifadəçisdir. Bu aktivlik də, təbii ki, söz azadlığından irəli gəlir. Televiziya işçiləri siyasətimizin video və audio salnaməsini yaradırlar. Eyni zamanda yaratmaqla da dünyaya təqdim edirlər".

Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycanda teleradio fəaliyyəti ən mühüm fəaliyyət sahələrindən birinə çevrilib: "Teleradio KİV-lər arasında öncül mövqeyini qoruyub saxlaya bilib. Sovetlər dövründə məhdudiyyətlərə baxmayaraq, o zaman Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri teleradio sahəsində gözəl bədii mühit yaratmağı bacarmışdı. Müstəqillik illərində Azərbaycanda özəl televiziya kanalları yarandı və teleradio sahəsinə bir zənginlik gətirdi. Müstəqillik illərində teleradio yayımının üsulları dəyişdi, efir yayımından başqa kabel yayımı, internet yayımı, peyk yayımı kimi yayım üsulları meydana gəldi və bu sahə daha da zənginləşdi. Eyni zamanda Azərbaycanda ixtisaslaşmış kanallar da meydana gəld. Mədəniyyət, idman, xəbər kanalları yarandı və bu, teleradio sahəsində çox ciddi bir uğurdur. Ümummilli lider Heydər Əliyev tərəfindən teleradio sahəsinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

 

 


 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb