Tələsmədən yaşamaq ən doğru seçimdir - Universitet tələbəsi yazır…

Tələsmədən yaşamaq ən doğru seçimdir - Universitet tələbəsi yazır…
KÖŞƏ
15:39 24.03.2024
201
Hamımız həyat boyu xoşbəxtliyə tələsirik. Xoşbəxtlik üçün bütün variantlardan istifadə edirik. Sonuncu E variantına gəldikdə isə xoşbəxtlik yoxdur qərarına gəlirik. Bəli, əziz oxucu, mən səninlə razıyam. Xoşbəxtlik yoxdur, amma xoşbəxt olmaq üçün fürsətlər var. 

İlk başda bizim üçün çox uzaq görürnən fürsətlər əslində çox yaxınımızdadır. Onu uzaqda axtarmağa ehtiyac yoxdur. Sən heç uzaqlara gedib, xoşbəxt olan görmüsənmi? 

Xoşbəxtlik bir neçə dəqiqə deyil, xoşbəxtlik həmin dəqiqələri keçirdiyin insandır. Sözlərə ehtiyac olmadan bizi ələ verən ilk duyğudur xoşbəxtlik. Gözlər yalan söyləməz, dostum, o bütün sözləri inkar eliyir.

Həqiqətlər kiçik ayrıntıda gizli olduğu kimi xoşbəxtlik da elədir. Yol gedərkən balaca uşağın bizə gülümsəməsi, kiməsə etdiyimiz yaxşılıq, mahnı dinləyərkən qurduğumuz əlçatmaz xəyallar xoşbəxtlik deyilmi? Xoşbəxtlik keçicidir,  dostum, gəl onu birlikdə yayaq.

Hər şeyə tələssək də, bir tək zamana tələsmirik. Ona məğlub oluruq. Bunun isə heç fərqinə belə varmırıq. Çünki biz həmişə insanların digərlərini məğlub edəcəyini düşünürük. Amma fikirləşmirik ki, məğlub olduğumuz insanlara bir gün qalib gələ bilərik, itirdiyimiz zamana isə əsla. 

Zaman hər şeyi dəyişir, bunu isə dəyişdikdə dərk edirik. Onu kimə və nəyə xərclədiyimizə diqqət etməliyik. Çünki zamandan qiymətli heç nə yoxdur. Təəssüf ki, ömürdən keçən zaman yox, biz özümüzük.

Ömür dediyimiz isə uzun deyil. Bu qiymətli varlığı qorumaq isə tək uca Tanrıya aiddir. Biz bu varlığı gərək etibarlı, hörmətli və möhtəşəm şəkildə yaşayaq. Ömrün son dövranında nəvə və nəticələrimiz bizi yad edərək bilsinlər ki, həqiqətən onların babaları və nənələri bu kiçik ömrün qisimlərini yadda qalan şəkildə yaşaya biliblər. Çox sözə ehtiyac yoxdur. Sonda oxucuya tövsiyyəm odur ki, xoşbəxtliyi haradasa axtarmayın, öz olduğunuz yeri güllük, çiçəkliyə çevirin. Axı dediyim kimi, xoşbəxtlik ani və etibarsızdır. Qəm həmişə bizimlədir. Bu vəfasız və gözü kölgəli dünyada bir ixtiyar sahibi olaq. Sevgilərlə…
 
Aysel Nəcəfova
OXŞAR XƏBƏRLƏR