Türkiyədə bir nəfər təmir etməyə çalışdığı yük maşınının altında qalaraq ölüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Belə ki, K.Y. adlı sürücünün idarə etdiyi tır yolda xarab olub.
Sürücü problemi aradan qaldırmaq üçün tırın altına girərkən maşın işə düşüb və sürücünü əzib.
Xəbər verildikdən sonra əraziyə sövq edilən təcili tibbi yardım əməkdaşları yük maşınının altında qalan sürücünün öldüyünü müəyyən ediblər.
Sürücünün cəsədi polis qruplarının araşdırmasından sonra meyitxanaya aparılıb.
Oksana