Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində saxlanılan və narkoloji testlərdən sonra sərbəst buraxılan 19 nəfər məşhur simadan biri olan müğənni İrem Derici sərbəst buraxıldıqdan sonra mətbuat konfransı keçirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ittihamları rədd edib.
O, jurnalistlərə açıqlamasında bunları deyib:
"Saç və qan nümunələrini verdim. Hər ehtimala qarşı başqa bir xəstəxanada da bu testləri verəcəyəm. Məgər mən karyerarımı narkotik bəlası ilə riskə atacaq qədər axmağam? Bu karyera üçün çox zəhmət çəkmişəm. Canımı küçədən tapmamışam. Lazım gələrsə, o təmiz nəticələri məhəllə-məhəllə, qapı-qapı gəzib sizinlə paylaşacağam. Sizdən də onları yayımlamağınızı xahiş edirəm".
Aysel