Temperatur 7 dərəcə enəcək - Xəbərdarlıq

Temperatur 7 dərəcə enəcək - Xəbərdarlıq
DÜNYA
16:55 12.12.2025
177

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı qeyd olunur. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli yağıntının intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 
OXŞAR XƏBƏRLƏR