Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb
SOSİAL
10:30 26.07.2025
117
Azərbaycanda ötən sutka qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR