Ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 0,1% artaraq 50,1 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, əlavə dəyər məhsul istehsalı sahələrində 3,5% azalıb, xidmət sahələrində isə 6,5% artıb. «Əhalinin hər nəfərinə 5 530,6 manatlıq (7 003,4 ABŞ dolları) əlavə dəyər istehsal olunub», - deyə Komitədən bildirilib. Hesabat ilində ÜDM istehsalı qeyri-neft sektorunda 9,4% artıb, neft sektorunda isə 9,3% azalıb.