2013-cü ildə dünyada 778 nəfər adam edam olunub.
AZXEBER.COM xəbər verir ki, “Amnesty İnternational” təşkilatının yaydığı məlumatda edam olunanların sayının 2012-ci illə müqayisədə 15 faiz, yəni 100 nəfər artdığı açıqlanır.
Hüquq müdafiəçiləri artımın İran və İraqın hesabına olduğunu vurğulayır.
Edam olunanların sayına görə siyahıda birinci yeri Çin tutur.
Çindəki edamların sayı açıqlanmasa da, “Amnesty İnternational” hesab edir ki, bu ölkədə hər il min nəfər adam ölümə məhkum edilir.
Edam sayına görə ikinci yerdə İran (369 nəfər), üçüncü yerdə isə İraq (169) dayanır.
Siyahıda sonrakı yerləri Səudiyyə Ərəbistanı (79), ABŞ (39), Somali (34) tutur.
Çindəki edamlar nəzərə alınmasa, 2013-cü ildə 778 nəfərin ölüm hökmü icra olunub. 2012-ci ildə isə bu rəqəm 682 idi.