Ötən il qəbul imtahanlarında ən yüksək nəticə göstərən regionlar

Ötən il qəbul imtahanlarında ən yüksək nəticə göstərən regionlar
SOSİAL
20:24 19.06.2026
215
2025-ci ildə qəbul imtahanlarında daha yüksək nəticələri İsmayıllı, Zaqatala, Yardımlı, Şəki, Qəbələ, Qubadlı, Xızı, Abşeron rayonlarının, Bakı, Mingəçevir və Sumqayıt şəhərlərinin oğlan abituriyentləri, Qəbələ, İsmayıllı, Oğuz, Qubadlı, Abşeron, Şahbuz, Şəki rayonlarının, Sumqayıt, Mingəçevir, Naxçıvan, Gəncə və Bakı şəhərlərinin qızları göstəriblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumata görə, bu bölgələri təmsil edən ortastatistik oğlan və qız abituriyentlər qəbul imtahanlarında müvafiq olaraq 265 və 305-dən çox bal toplayıblar.

"Xızı rayonu istisna olmaqla, digər bütün bölgələr üzrə qız abituriyentlərin imtahan nəticələri oğlanların nəticələrindən yüksəkdir. Bu özünü Oğuz, Şahbuz, Hacıqabul, Naxçıvan şəhəri, Daşkəsən, Babək, Ağstafa, Qəbələ, Xocavənd, Qazax, Beyləqan və Qubadlı rayonları üzrə daha qabarıq göstərir. Həmin bölgələrin ortastatistik qız abituriyentlərinin göstəriciləri oğlanların göstəricilərindən ən azı 60 bal çoxdur".
OXŞAR XƏBƏRLƏR