Ötən il saxta diplom alan şəxslərin sayı AÇIQLANDI

Ötən il saxta diplom alan şəxslərin sayı AÇIQLANDI
SOSİAL
12:44 10.06.2022
242
Ötən il 98 nəfərin diplomunun saxta olduğu aşkarlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12” jurnalında qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə 936 şəxsə aid 6 magistr, 751 bakalavr, 3 orta ixtisas və 176 yenidənhazırlanma diplomlarının həqiqiliyinin yoxlanması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinə sorğular göndərilib. Nəticədə 98 nəfərin diplomunun hüquqi əsası olmadığı müəyyən edilib. Bunlardan 85-i bakalavr, 2-si orta ixtisas və 11-i yenidənhazırlanma üzrədir.

Hüquqi əsası olmayan diplomlarla bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün Mərkəz tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirilib.
OXŞAR XƏBƏRLƏR