“Təndir çörəyi yeməyimiz özümüzə də ləzzət elədi” - Mehriban Əliyeva köçkün evində

“Təndir çörəyi yeməyimiz özümüzə də ləzzət elədi” - Mehriban Əliyeva köçkün evində
SOSİAL
10:36 06.10.2017
9653
Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyeva Məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

O,  Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində olub.

AZXEBER.COM məcburi köçkünlə Mehriban Əliyeva arasında olan dialoqu təqdim edir:

Mehriban Əliyeva: Salam. Xoş gördük.

İnnaf Nəcəfova: Xoş gəlmisiniz. Buyurun, Mehriban xanım.

Mehriban Əliyeva: Siz hansı binadan köçmüsünüz?

İnnaf Nəcəfova: Biz "Şəfəq” sanatoriyasından köçmüşük. Biz müvəqqəti olaraq orada məskunlaşmışdıq.

Mehriban Əliyeva: Hansı rayondansınız?

İnnaf Nəcəfova: Laçın rayonundan. Orada çox ailə var. Yetmişə yaxın ailə laçınlıdır. Biz orada məskunlaşmışdıq. Vəziyyət haqqında danışmaq çətindir. Çox çətin idi.

Mehriban Əliyeva: Çox yaxşı bilirəm. Amma indi çox şadam ki, nəhayət belə gözəl şəraitdə ailənizlə, uşaqlarınızla yaşayacaqsınız.

İnnaf Nəcəfova: Çox gözəldir. Sizin sayənizdə. Bu gün mənim həyatımın ən möcüzəli günüdür. Mən demişdim ki, hansı zaman mən mənzillə təmin olunsam həmin günü doğum günüm elan edəcəyəm. Ona görə ki, mənə elə gəlir bu gün ikinci dəfə dünyaya gəlirəm. Sizin sayənizdə Mehriban xanım, hörmətli Prezidentimizin sayəsində.

Mehriban Əliyeva: Çox sağ olun.

İnnaf Nəcəfova: Yəni, mən qaçqın düşəndən sonra beş il Ağcabədi rayonunda işləmişəm. O zaman mən qazmalarda, çadır şəhərciklərində yaşayan insanları görmüşəm. Əziyyət çəkən o qədər insan görmüşəm ki, bu gün mənim üçün doğrudan da möcüzədir. Bütün bunlar Ulu Öndərimizin, müdrik Prezidentimizin, Sizin sayənizdə olub. Ona görə də mən elə bilirəm ki, gözəl bir yuxudayam. Yəni, o müharibənin içindən çıxmış adam yatır, səhəri gözəl bir yuxu ilə açır, elə bir vəziyyətdəyəm. Çox minnətdaram dövlətimə, hökumətimə, hörmətli Prezidentimə.

Hörmətli Prezidentim dünya səviyyəsində tanınır. O gün BMT-nin Baş Assambleyasındakı çıxışına mən çox fəxarətlə, qürur hissi ilə qulaq asdım. Hətta mən ayağa qalxıb Prezidentin çıxışını televizorun qarşısında dinləyirdim. Sizin Leyla xanımla bərabər orada Prezidentin yanında olmağınız özü də böyük fəxarətdir. Sizin dünya səviyyəli görüşlərinizin, yardımlarınızın, məscidlərdə, kitabxanalarda, muzeylərdə, həm dövlətimizin daxilində, həm də xaricdə olan işlərinizin hamısını izləyirəm. Bunlar mənə bir insan kimi, bir vətəndaş kimi zövq verir. Bu, Azərbaycanını sevən, xalqını sevən Prezidentimin və Sizin sayənizdə mümkün olmuşdur.

Mən rayonlara tez-tez gedirəm. Hər dəfə gedəndə rayonlarda, yollarda gözəl yeniliklər görürəm. Bütün bu yeniliklərin, bu layihələrin, gözəlliklərin hamısının müəllifi hörmətli Prezidentim və Sizsiniz. Buna görə də bütün respublikanı gözəlləşdirdiyinizə, həyatımızı gözəlləşdirdiyinizə görə Sizə çox minnətdarıq. Bütün məcburi köçkünlər adından Sizə dönə-dönə təşəkkür edirəm. Cocuq Mərcanlının açılışı olanda mən çox sevinirdim. Möcüzədir, hər şey. Bir neçə ayın içərisində gözəl bir qəsəbə yaratmaq, 50 ev, sonra 100 ev tikmək, bu, asan məsələ deyil. Bu, dövlətin qüdrətindən, Prezidentin gözəl siyasətindən, xalqa yaxın olmaqdan, onun içərisində olmaqdan irəli gəlir.

Siz Şamaxıda olarkən təndir çörəyi yeməyiniz bilirsiniz mənə nə qədər ləzzət elədi.

Mehriban Əliyeva: Mənə də çox ləzzət elədi. Sağ olun.

İnnaf Nəcəfova: Mehriban xanım, inanın o elə gözəl mənzərə idi ki, onu sözlə təsvir etmək çox çətindir. Mən elə bilirəm ki, sözlər mənə azlıq edir, mən sevincimi, minnətdarlığımı elə bilirəm çox az şəkildə ifadə edirəm.

Mehriban Əliyeva: Çox sağ olun. Mən çox minnətdaram. Mən də sizə söyləmək istəyirəm ki, düz deyirsiniz, cənab Prezidentin bütün fəaliyyəti Azərbaycanın inkişafına həsr olunub. Onun üçün bu dünyada Azərbaycanın maraqlarından, Azərbaycan xalqının yaxşı yaşamasından üstün heç bir şey yoxdur. Amma bizim güc mənbəyimiz sizlərsiniz. Siz indi Şamaxıya səfərimizi yada saldınız. Belə səfərlərdə həm insanlarla ünsiyyətdə olursan, həm də o abadlığı, yeni yolları, yeni qəsəbələri, abadlaşmış turizm infrastrukturunu görürsən və başa düşürsən ki, bizim çox gözəl xalqımız var, çox bacarıqlı, istedadlı insanlarımız var. Siz öz taleyinizi danışdınız. Doğrudan da o dəhşətli hadisələrin iştirakçısı, o dəhşətli günlərin şahidi olmağınıza, sonra 20 ildən çox çətin şəraitdə, köçkün vəziyyətində, qəzalı binada yaşamağınıza, öz doğma torpağınıza, öz evinizə gedə bilməməyinizə baxmayaraq, siz ruhdan düşməmisiniz, işləmisiniz, çalışmısınız, ölkənin inkişafına töhfənizi vermisiniz, övladlar, nəvələr, nəticələr böyütmüsünüz. Bu, adamın ürəyində çox böyük hörmət və məhəbbət doğurur. Mən də sizə öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. İnanın ki, bu gün siz nə qədər sevinirsinizsə, mən də o qədər sevinirəm. Çünki görürəm ki, uzun illərdir doğrudan da əzab-əziyyət çəkən insanların yaşayış şəraiti bu gün yaxşılaşır. Yeni mərhələ başlayır. Bunu görəndə daha artıq qüvvə ilə çalışmaq istəyirəm ki, problemlər olmasın, onlar aradan qaldırılsın. Əminəm ki, biz buna nail olacağıq. Çətin vəziyyətdə yaşayan bütün qaçqın və məcburi köçkün ailələri ardıcıl olaraq belə gözəl yeni mənzillərə, yeni evlərə köçürüləcəklər. Əlbəttə ki, ən böyük arzumuz Qarabağ torpağına qayıtmaqdır. Mən bir daha deyirəm, Allahın köməyi, cənab Prezidentin müdrik siyasəti və insanların dəstəyi ilə buna da nail olacağıq.

İnnaf Nəcəfova: İnşallah. Mən arzu edirəm ki, belə bir təntənəni, belə bir gözəl günü hörmətli Prezidentim, dəyərli Baş Komandanım və Sizinlə birlikdə Laçında qeyd edək. Allah Sizlərə uzun ömür versin. Bu yolda çəkdiyiniz əziyyətin bəhrəsi həmişə gözəl olsun, Sizi də, xalqı da sevindirsin. Sizə və ailənizə ən səmimi duyğularımla təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah hörmətli Prezidentimin canını sağ eləsin. Analarımız demişkən, hər yerdə sözü keçərli, ötkəm, qılıncdan iti olsun. Azərbaycan qadınını hər yerdə gözəl təmsil edirsiniz. Mehriban xanım, Siz Azərbaycan qadınını dünya çapında tanıtmısınız. Bu, çox ağır bir yükdür, Siz bu yükü öz zərif çiyinlərinizdə gəzdirirsiniz. Bax buna görə də Sizə ayrıca minnətdarlığım var. Arzu edirəm ki, hörmətli Prezidentim və Birinci vitse-prezident olaraq Siz Azərbaycanın gələcəyi üçün nə qədər çalışırsınızsa Allah bu yolda Sizə çəkdiyiniz yolların genişliyi, işıqlığı qədər ömür, səbr, dəyanət versin. Bir daha hörmətli Prezidentimə, Sizə və ailə üzvlərinizə minnətdarlığımı bildirirəm.

Mehriban Əliyeva: Çox sağ olun. Prezidentin də böyük salamlarını və təbriklərini sizə çatdırıram. Qoy, həyatınız nurla dolsun, xoşbəxt olsun. Çox sağ olun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər