Tənha qadınlar üçün robot “ər” hazırlandı

MARAQLI
11:32 04.04.2014
4575
O, evi təmizləyir, qabları yuyur, xörək bişirir, habelə söhbət edə bilir.
Kanadada tənha qadınlar üçün robot “ər” hazırlanıb.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, robotun artıq ilkin sınaqları da keçirilib. Robot “ər” evi təmizləyir, qabları yuyur, xörək və çörək bişirir, yatağı yığır, masaya qabları düzüb yığışdırır, habelə söhbət edə bilir.
Həmçinin qadının verdiyi bütün suallara cavab verir. Robotun səsini korreksiya etmək olar. Yəni sahibəsi onun səs tonundan tutmuş, danışıq tərzinə qədər bütün konfiqurasiyaları müəyyənləşdirə bilər.
Sahibəsi yuxuya gedəndə, ya mənzili tərk edəndə, robot mühafizəçi funksiyalarını icra etməyə başlayır.
Bundan başqa, robot “ər” sıradan çıxan məişət əşyalarını təmir edir, elektrik xətləri və ya santexnika sistemindəki nasazlıqları aradan qaldırır.
Robotun təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir
OXŞAR XƏBƏRLƏR