Böyük dəbilqə yarışlarında iki dəfə qalib olmuş avstraliyalı əfsanəvi tennisçi Fred Stolle 86 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Stolle 1960-cı illərdə 10 dəfə böyük dəbilqə çempionluğunu qazanıb.
1965-ci ildə Parisdə və 1966-cı ildə Nyu-Yorkda təkbətək çempionatda qalib gəlib. Tennisdən ayrıldıqdan sonra Channel Nine, CBS və Fox Sports kimi kanallarda tennis şərhçisi kimi çalışıb. 2005-ci ildə Avstraliya ordeni ilə təltif edilib.
Sidney əsilli oyunçu həm də tarixdə ilk dəfə Böyük Dəbilqə yarışlarının tək finallarında 5 dəfə uduzmuş yeganə kişi oyunçu kimi tanınır.
Stolle ölkəsinə heyran olub və:
"Avstraliya üçün oynamaq mənim üçün hər şey deməkdir"-, deyib.
Qeyd edək ki, onun ən yadda qalan matçı 1964-cü ildə Klivlenddə amerikalı rəqibi Dennis Ralstonu 2:0 hesabı ilə uduzduqdan sonra 3:2 hesabı ilə qalib gəlməsi olub.
Oksana