Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə o, özünün "Facebook” profilində yazaraq məlumat verib. O,bildirib ki, yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir və buna görə də qurumun üzvlüyündən imtina edirəm:
"Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhətlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir. Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.
Günel