Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri, VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürüb.
Bu barədə AZXEBER.COM-a VHP-nin Mərkəzi Seçki Qərargahından bildiriblər.
Tənzilə Rüstəmxanlı 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olacaq.
Qeyd edək ki, həmin dairədən hazırkı deputat Tənzilə Rüstəmxanlının həyat yoldaşı, VHP sədri Sabir Rüstəmxanlıdır.