Tənzilə Rüstəmxanlı koronavirusa yoluxdu

Tənzilə Rüstəmxanlı koronavirusa yoluxdu
SOSİAL
11:00 09.12.2021
350
Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı koronavirusa yoluxub.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya onun həyat yoldaşı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı məlumat verib.

Deputat qeyd edib ki, Tənzilə Rüstəmxanlı 10 gündür koronavirusa yoluxub: "Hazırda Gömrük hospitalında müalicə alır. Vəziyyəti yaxşıdır. Koronavirusa yoluxmamışam, ancaq mən də bir müddət təcrid olundum".
OXŞAR XƏBƏRLƏR