Təqaüdçünün hesabına 222 milyon avro köçürüldü

MARAQLI
12:12 11.06.2013
1214

Bankın ən qoca müştərisi az qala ən varlı əmanətçilərdən birinə çevriləcəkdi.

AZXEBER.COM-un verdiyi xəbərə görə, buna səbəb təqaüdçünün hesabına pul köçürülməsi əməliyyatını yerinə yetirən Almaniya bank işçisinin klaviaturanın üzərində yuxuya getməsi olub. Belə ki, güman ki gecələr yatıb yuxusunu ala bilməyən bank operatoru pensiyaçının hesabına 62.40 Avro köçürməli olduğu halda, klaviaturadakı “2” düyməsinin üzərində yuxuya gedib və yaşlı adamın hesabına səhvən 222 milyon pul köçürüb. Rəhbərlik baş verən səhvi dərhal görüb və əməliyyatı ləğv edib. Nəticədə isə, yuxuya gedən operatorun əməliyyatlarına nəzarət etməli olan cavabdeh əməkdaş xanım işindən azad edilib.  Hadisə 2012-ci ilin aprelində baş versə də, bankda 26 ildir işləyən xanım əməkdaş məhkəmədə iddia qaldırıb və səhvin bilərəkdən yox, yanlışlıqla edildiyini bildirib. Hər şey dəqiqliklə araşdırılandan sonra, bu yaxında qadın Frankfurt-Maynda yerləşən həmin bankdakı vəzifəsinə geri qaytarılıb.

OXŞAR XƏBƏRLƏR