Təranə: “Mən heç zaman qoymamışam ki, Musa tək pul qazansın” - VİDEO

MAQAZİN
12:41 24.04.2015
2506
Tanınmış ifaçılar Musa və Təranə cütlüyü “Hər şey daxil” verilişində qonaq olublar. -AZXEBER.COM-un məlumatına görə, ifaçılar ailədə güzəştin mütləqliyini vacib bilib, bir-birinə olan sevgi və qısqanclıqlarından danışıblar: Təranə Qumral açıqlamasında bildirib ki, həmişə Musa bəyə güzəştə gedib və heç vaxt qoymayıb ki, həyat yoldaşı ondan kənar hər hansı bizneslə məşğul olsun: “Mən Musadan betər ola bilmərəm. Ancaq hər kişidə də, qadında da qısqanclıq var. Həyatda insan paltarını, zinət əşyalarını, yediyi çörəyi belə paylaşa bilir. Ancaq yeganə sevgisini, həyat yoldaşını insan heç kəslə paylaşa bölüşə bilməz. Ümumiyyətlə nə kişi qadınını, nə də ki, qadın kişisini bölüşə bilmir. Mən heç zaman qoymamışam ki, Musa harasa getsin, tək pul qazansın. Vaxt olub ki, taksi pulumuz olmayıb ki, biz mənzil başına çataq. Həmin yolu o qədər mehriban danışa-danışa gəlmişik ki, heç özümüz də hiss etməmişik ki, nə vaxt çatdıq. Demişəm bu gün azdır az yeyərik, yoxumuzdur heç yemərik. İnsan sevgidə mütləq güzəştə getməlidir”.
OXŞAR XƏBƏRLƏR