Müğənni Təranə Qumral sənətdən gedəcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, o bu haqda MTV Azərbaycanda "Tarixin bir günü" verilişində danışıb.
Bəzi verilişlərdən gileylənən müğənni, aparıcıları da tənqid edib:
"Mən artıq verilişlərə çıxmıram. Çünki seçirəm. Elə aparıcılar var ki, səni qonaq çağırır, amma ancaq onu göstərirlər. Mən mahnı oxuyuram, onu çəkirlər, danışıram, onu çəkirlər. Mən o verilişə zamanımı ayırıram, hazırlaşıram gəlirəm amma baxırsan ki, səni göstərmirlər. Ona görə də 60 yaşım olanda nəinki verilişə çıxmaq, heç mahnı da oxumayacağam".
Aysel