Tərlan Əhmədov: ''Neftçi” yalnız qələbə barədə fikirləşir''

İDMAN
14:46 22.11.2012
1269

“Komandamızda hər şey əladır. Futbolçular çox böyük həvəslə hazırlaşırlar. Hiss olunur ki, futbolçularımızda əzmkarlıq böyükdür. Bu gün ilk dəfə olaraq Azərbaycan qələbə qazanmaqla futbolumuzda tarix yazmaq istəyirik”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin baş məşqçi köməkçisi Tərlar Əhmədov bu gün Avropa Liqasının qrup mərhələsində “Partizan”a qarşı keçiriləcək qrup oyunu barədə danışarkın deyib.

O, zədəli Mahir Şükürov və cəzalı Erik Ramosun yoxluğunun komanda üçün problem yaratmayacağını deyib: “Fikrimcə, yerli futbolçularımız bu vəzifənin öhdəsindən layiqincə gələ biləcəklər. İnşallah, düşündüyümüz futbolu ortaya qoya biləcəyik”.

T.Əhmədov bildirib ki, “Neftçi” bu gün yalnız qələbə barədə fikirləşir: “Bu gün komandamızdan iki top fərqiylə qələbə gözləyirik. Ən əsası yaxşı nəticə, yaxşı qələbə olmasını istəyirik”.

OXŞAR XƏBƏRLƏR