“Terror təhlükəsizliyi ciddi təhdid edir” - Mədət Quliyev

“Terror təhlükəsizliyi ciddi təhdid edir” -  Mədət Quliyev
SOSİAL
10:57 20.05.2016
1701
Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclası keçirilib.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə tədbirdə müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya və Fransanın aidyyəti strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev iclasda “Terrorçuluğun və ekstremizmin təzahürlərinə qarşı əməkdaşlığın fəallaşdırılması” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın tərəqqisi və inkişafı üzrə strateji xəttin həyata keçirilməsi sahəsində təhlükəsizliyin təmin olunması məsələsində beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Bu baxımdan, yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizlik məsələləri ilə bağlı iki və çoxtərəfli səviyyədə müxtəlif formatlarda, o cümlədən SORB çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində maraqlıdır.
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, qlobal xarakter alan terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir: "Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir. Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilib. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi “Əl-Qaidə”, “İŞİD” və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar".
M.Quliyev regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə edilən qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, çıxışının sonunda iclas çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
İclasda transmilli mütəşəkkil cinayətkarlığa və digər hüquqazidd əməllərə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi, o cümlədən dünyadakı geosiyasi şəraitin inkişafının Mərkəzi Asiya regionuna təsiri, MDB iştirakçı dövlətlərin terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə qarşı 2014-2016-cı illər üçün tərəfdaşlıq Proqramının icra vəziyyəti, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqın aparılması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bununla yanaşı, SORB yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, MDB-nin Antiterror mərkəzinin fəaliyyətinin, həmçinin MDB iştirakçı dövlətlərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində təhlükəsizlik və xüsusi xidmət orqanlarının birləşmiş məlumat bankının Koordinasiya şurasının və Texniki komitəsinin iclasının yekunları və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuş, MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
14:55 23.09.2025
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
14:45 23.09.2025
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
14:34 23.09.2025
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
14:27 23.09.2025
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
14:22 23.09.2025
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
14:15 23.09.2025
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
Viza ala bilmədilər, konsert təxirə düşdü
14:11 23.09.2025
Viza ala bilmədilər, konsert təxirə düşdü
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
14:07 23.09.2025
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
13:55 23.09.2025
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb
13:55 23.09.2025
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb
"Anam mənim ən ağrılı yerimdir" - Niyam  göz yaşı tökdü
13:37 23.09.2025
"Anam mənim ən ağrılı yerimdir" - Niyam göz yaşı tökdü
Rusiyada ölüm hökmü bərpa olunmayacaq
13:17 23.09.2025
Rusiyada ölüm hökmü bərpa olunmayacaq
"Mənə nə atam, nə də onun nəsli maraqlıdır" - Şəbnəm qadağa qoydu
12:58 23.09.2025
"Mənə nə atam, nə də onun nəsli maraqlıdır" - Şəbnəm qadağa qoydu
Sentyabrın pensiya ödənişi yekunlaşdırıldı
12:53 23.09.2025
Sentyabrın pensiya ödənişi yekunlaşdırıldı
Paşinyan: Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər
12:52 23.09.2025
Paşinyan: Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər
Yağmur Azərbaycanın “Uşaq Avroviziya 2025” təmsilçisi seçildi
12:48 23.09.2025
Yağmur Azərbaycanın “Uşaq Avroviziya 2025” təmsilçisi seçildi