Birləşmiş Millətlər Təşkilatı terror təşkilatı PKK/YPG tərəfindən uşaqlara qarşı zorakılıq hallarının artdığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, PKK/YPG və əlaqəli təşkilatlar tərəfindən uşaqların istismarı BMT-nin "Uşaqlar və silahlı qarşıdurma” ilə bağlı illik hesabatında öz əksini tapıb.
Suriyanın şimalındakı münaqişə bölgələrində istifadə edilən uşaqların sayının ötən ilə nisbətən 3 dəfə artaraq 1287-yə çatdığı bildirilib.
Ötən il açıqlanan hesabatda itirilmiş ərazilərdə terror təşkilatının istifadə etdiyi uşaq sayının 457 olduğu bildirilmişdi.
Terror təşkilatı tərəfindən uşaqların istismarı bir ildə üç dəfə artsa da, təhlükəsizlik mənbələri bu kütləvi sui-istifadəyə səssiz qaldığı vurğulanıb.
Şəbnəm Zahir