"Terrorçu Haniyəyə deyil, ilk növbədə özünə atəş açıb" - HƏMAS

"Terrorçu Haniyəyə deyil, ilk növbədə özünə atəş açıb" - HƏMAS
DÜNYA
13:36 31.07.2024
157
HƏMAS rəhbərlərindən biri olan Sami Əbu Zuhri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əbu Zuhri açıqlamasında İsrailin HƏMAS və Fələstin xalqının iradəsini qırmaq istədiyini, lakin buna nail ola bilməyəcəklərini deyib.

O "Terrorçu ilk növbədə özünə atəş açdığını bilməlidir. O, Haniyəyə deyil, özünə atəş açıb" deyərək İsrailə xəbərdarlıq edib.

İşğal altındakı Fələstin torpaqlarının azadlığı üçün tökülən hər damla qanın HƏMAS-ı böyütdüyünü vurğulayan Əbu Zuhri müharibənin yalnız Qüdsün azadlığı ilə bitəcəyini vurğulayıb: "Bu sui-qəsd işğalçının məqsədlərinə çatdırmayacaq, HƏMAS-ı təslim olmağa məcbur etməyəcək. Biz sona qədər bu yolda gedəcəyik, tökülən qanlar bizi yolumuza daha da bağlayır".
 
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın inaqurasiya mərasimində iştirak etmək üçün Tehranda gedib və bu gün səhər saatlarında Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində həlak olub. İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama vermir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR