Almaniyanın Hamburq şəhərində silahlı şəxslər kilsəyə hücum ediblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 7 nəfərin həyatını itirdiyi hadisənin görüntüləri sosial mediada paylaşılarkən, hücumu həyata keçirən şəxsin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.
Axşam saatlarında Almaniyanın Hamburq şəhərində Yehovanın Şahidlərinə məxsus kilsədə silahlı şəxslər saxlanılıb.
İlkin məlumata görə, hücumda 7 nəfər həyatını itirib, 8 nəfər isə ağır yaralanıb.
Polis şəhərin Alsterdorf rayonunda böyük əməliyyatın aparıldığını açıqlayıb.
Çoxlu sayda yaralının da yaralandığı hücumu təhlükəsizlik dairələrinin "qəzəbdən qaynaqlanan" hücum kimi qiymətləndirdiyi paylaşılıb. Polisin açıqlamasında 3 mərtəbəli kilsə binasına xüsusi təyinatlı çevik qüvvələrin daxil olduğu zaman güllə səsinin eşidildiyi, hücumu həyata keçirən şəxsin ölənlər arasında ola biləcəyi qeyd edilib.
Digər tərəfdən qanlı hücumun görüntüləri sosial mediada paylaşılıb.
Mikayıl