Terrorçulardan biri özünü AZAL-ın satış bürosu önündə partladıb – FOTO

SOSİAL
13:26 29.06.2016
11665

Atatürk hava limanında baş verən terror aktı bütün dünyanın diqqət mərkəzindədir.

AZXEBER.COM xəbər verir ki, ötən gün hava limanın 3 istiqamətində törədilən partlayışdan biri də “Azərbaycan Hava Yolları” şirkətinin Atatürk Hava Limanındakı satış mərkəzinin önündə olub.

Əlindəki “kalaşnikov” silahı ilə ətrafa atəş açan terrorçunu gömrük xidmətinin əməkdaşı zərərsizləşdirib və o yerə yıxılaraq üzərindəki partlayıcını işə salıb.

Sayca üçüncü partlayış olan bu partlayışda terrorçu qaçaraq ikinci mərtəbədə yerləşən bilet satışı mərkəzinə doğru irəliləyib. Burada müxtəlif ölkələrin hava yollarının satış büroları yerləşir ki, partlayış da məhz Özbəkistan və Azərbaycan hava yolları şirkətlərinin qarşısında baş verib.

AZAL-ın satış bürosunun 24 saat işləməməsinə görə satış bürosunda heç kim xəsarət almayıb. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, İstanbulun “Atatürk” hava limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşları yoxdur.

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi “Atatürk” hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Atatürk hava limanında baş verən terror aktı nəticəsində 36 nəfər həyatını itirib.

OXŞAR XƏBƏRLƏR