Co Bayden administrasiyası ABŞ Müdafiə Nazirliyinin 2025-ci il büdcə layihəsində PKK-nın Suriya uzantısı QSD-yə 147 milyon dollar büdcə ayırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ DEAŞ bəhanəsi ilə Suriya və İraqdakı terror təşkilatlarına dəstək verir.
Məlum olduğu kimi, ABŞ Müdafiə Nazirliyi 2023-cü il büdcəsində DSG-yə 475 milyon dollar büdcə ayırıb. DEAŞ-a qarşı mübarizə bəhanəsi ilə ayrılan pay bu il də eyni məbləğdə qalıb.
Gələn il üçün Co Bayden administrasiyası ABŞ Müdafiə Nazirliyinin 2025-ci il büdcə layihəsində Peşmərgə, İraq qüvvələri və QSD-yə ümumilikdə 528 milyon 699 min dollar vəsait ayırıb.Bunun 380 milyon 758 min dolları Peşmərgə və İraq qüvvələrinə, 147 milyon 941 min dolları isə SDQ-yə ayrılacaq.
Ayrılmış büdcə qanun layihəsi əvvəlcə ABŞ Konqresinə göndəriləcək.
Nümayəndələr Palatası və Senat qanun layihəsini müzakirə edib təsdiqlədikdən sonra imza üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Büdcə layihəsi Co Baydenin təsdiqindən sonra qanuna çevriləcək və gələn il tətbiq olunacaq.
Nəzrin