“Tərtər işi”nə görə tutulan general - “Məni də ev dustaqlığına buraxın”

“Tərtər işi”nə görə tutulan general - “Məni də ev dustaqlığına buraxın”
SOSİAL
17:39 14.04.2023
394
"Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə istintaqı başlayıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatında araşdırılır.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən B.Orucov ötən ilin sentyabrında həbs edilib. O və digərləri hərbi qulluqçulara işgəncə vermə, onları qanunsuz azadlıqdan məhrum etmə və digər cinayət əməllərində ittiham olunur.

Təqsirləndirilən şəxslərdən Rəşidov və Kazımov ev dustaqlığındadır. General və digər iki nəfər isə həbsdə saxlanılmaqla mühakimə olunur.

Bəkir Orucov və Rahib Məmmədov da məhkəmədən ev dustaqlığına buraxılmalarını xahiş edib. Rahib Məmmədov iki övlad atası olduğunu, 9 aylıq hamilə övladını itirdiyini deyib. General Orucov isə məhkəmədən yayınmayacağını, vaxtı-vaxtında gəlib-gedəcəyini bildirib. Hakim vəsatəti təmin etməyib.

Digər təqsirlənidirilən İntiqam Məmmədov isə ailə üzvlərilə telefon və görüş qadağasından şikayətlənib. O bildirib ki, hətta vəkili ilə də telefonla danışa bilmir. O, əlavə edib ki, bu hüquq pozuntusu davam eləsə, məhkəməyə gəlməkdən imtina edəcək.

Daha sonra ittiham aktını elan edilib. Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onları 6 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. 5 nəfərin heç biri özünü təqsirli bilməyib. Onlar təqsirsiz olduqlarını deyiblər.
Daha sonra zərərçəkmişlər ifadə verib. Onlar Tərtərdə müxtəlif işgəncələrə məruz qaldıqlarını deyiblər.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Bu iş üzrə 61 nəfər zərərçəkmiş kimi tanınıb.

Məhkəmə araşdırmaları aprelin 20-də davam edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO