Tərtər polisi "Aşura" mərasimində iştirak edən 9 nəfəri cərimələdi

Tərtər polisi "Aşura" mərasimində iştirak edən 9 nəfəri cərimələdi
SOSİAL
15:09 30.08.2020
556
Tərtədə "Aşura" mərasimində iştirak edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
OXŞAR XƏBƏRLƏR