Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib
HADİSƏ
19:14 03.08.2025
242
Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.
OXŞAR XƏBƏRLƏR