Tərtərdə dolu ciddi fəsadlar törətdi

Tərtərdə dolu ciddi fəsadlar törətdi
HADİSƏ
22:17 11.05.2025
1010
Tərtər rayonunda yağan dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Kəbirli, Xoruzlu və Bayandur kəndlərinə yağan dolu nəticəsində kənd sakinlərinə məxsus günəbaxan, dənli və yem bitkiləri əkilmiş sahələr, eləcə də meyvə bağları zərər görüb.

Hazırda təbii fəlakətin vurduğu ziyanın dəqiq miqdarı müəyyənləşdirilməyib.

Oxşar hava hadisəsi Bərdə rayonunda da müşahidə olunub. Xüsusilə Cicimli kəndində fərdi əkin sahələrinə ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR