Tərtərdə işgəncə görən uşaq onkoloji xəstə imiş: Ana dağ basdıqca nənə deyirmiş ki, kabab iyi gəlir

SOSİAL
17:42 14.02.2020
5329
Anasının kabab şişi ilə dağladığı doqquz yaşlı T. onkoloji xəstə imiş.

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, "Səni axtarıram” proqramına gələn ata oğlunun başına gələnləri belə şərh edib:

"Üç gündən sonra uşaq mənə zəng vurdu ki, dədə, məni yandırırlar. Getdim, baxdım, dəhşətə gəldim. Dedim, bu nədir, etmisiniz? Bunu düşmən balasına etməzlər. Uşağın bədənindən, dağ basılan yaralardan irin axırdı. Ana uşağa dağ basanda nənəsi də deyirmiş ki, qara ciyər kababının iyi gəlir. Uşağın mənə dediyini deyirəm”.

Ata doqquz yaşlı oğlunun onkoloji xəstə olduğunu bildirib:

"Biz 10 aydır, ayrı yaşayırıq. Ümumiyyətlə, 10 ildir evlənmişik, 10 ildə bir il bərabər yaşamamışıq. Hər dəfə bir bəhanə ilə küsüb, anasının evinə gedib. Oğlum mənim yanımda qalırdı, qızım isə anasında. Oğlum onkoloji xəstədir. Anası iynə vura bilir, iynələrini vurmaq üçün anasının yanına göndərmişdim”.   

Xatırladaq ki, Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb. Azadqaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyeva yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

Məlumat üçün bildiririk ki, ailə münaqişəlidir, Dünyamalıyeva Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar. Araşdırmalar zamanı məlum olub ki, Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiqlə ailəli olub.

Ailə münaqişəsi zəminində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər azyaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda, nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub.

Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT

22:35 13.07.2020

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda” - VİDEO

22:13 13.07.2020

Gənclərin koronavirusa daha həssas olduğu üzə çıxdı

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı